Qobustanda ötən ilin hesabatı verildi...

10 2018 14:25

Qobustan rayonunda 2017-cı ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. İştirakçılar ilk öncə rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları sərgisinə baxış keçirib. Ardınca keçirilən konfransda bildirilib ki, rayonda ümumi məhsul buraxılışı 26,7 faiz artıb. Bu artım kənd təsərrüfatında 32,4 faiz olub. 53 min 280 ton taxıl istehsal edilib. Hesabat dövründə rayonda quruculuq-abadlıq işləri də davam etdirilib. Ümumi uzunluğu 40 kilometrdən artıq olan, 10 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən 2 avtomobil yolu yüksək səviyyədə asfaltlanıb. 50 çarpayılıq, 5 mərtəbəli Mərkəzi Xəstəxananın tikintisi davam etdirilir. Qobustan şəhər 3 saylı tam orta məktəbinin yeni binasında işlər yekunlaşmaq üzrədir. Daha sonra Dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq, qarşıda duran vəzifələr təhlil olunub.