Ağacəkmə kampaniyasına start verildi...

09 2018 16:43

İsmayıllıda ağacəkmə kampaniyasına start verilib. İDEA ictimai birliyi, Rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiyaya yerli təşkilatların nümayəndələri və gənclər qoşulub. Ərazidə təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün xüsusi təyin olunan sahədə çinar, akasiya, eldar şamı, ağcaqayın tinglərinin əkilməsi nəzərdə tutulur. Artıq 1000 ədəd ağac tingi əkilib. Xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınıb. Eyni zamanda əkilən cavan tinglərin qorunması üçün sahənin sərhədlərinə çəpər çəkilib, mal-qaranın əraziyə girişi məhdudlaşdırılıb. Sutkalıq növbətçilik təşkil olunub. Əkin materialı kimi İsmayıllı rayon landşaftına uyğun tinglərindən istifadə olunur. Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən aksiya gələcəkdə də davam etdiriləcək.