Balakəndə şəxsi təsərrüfata canavar hücum edib...

09 2018 16:35

Hadisə səhər saatlarında Katex kənd sakini Camaldin Qaraisayevin təsərrüfatında baş verib. İtlərin səsinə çölə çıxan ev sahibi tövlədə canavarla üz-üzə gəlib. Canavarı qova bilsə də 50 baş qoyundan 16 başının parçalandığını görüb. Rayon baytarlıq idarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Ərazi dezinfeksiya edilib, məhv olmuş heyvanlar basdırılıb, yaralılarsa müalicə olunur. Təsərrüfat sahibi yırtıcı heyvan hücumlarının vaxtaşırı təkrarlandığını bildirir.