Magistral yol ətrafında yaşayan sakinlər maarifləndirildi...

09 2018 16:28

İsmayıllıda keçirilən tədbirə BDYPİ-nin YPXA-nın 4-cü tağımının komandiri, ictimaiyyət nümayəndələri və şagirdlər qatılıb. Əsas məqsəd magistral yola yaxın olan məktəblərdə şagirdlərin piyada keçidlərindən düzgün istifadə qaydaları, əhəmiyyətli yollarda piyadaların təhlükəsizliyinin təmini, mal-qaranın yollara başsız buraxılması ilə bağlı maarifləndirməkdir. Tədbirdə əsasən xidməti ərazidə baş vermiş YNH-nin səbəbləri və şəraiti, yaşayış məntəqələrində piyadaların hərəkəti, əsasən də kiçikyaşlı şagirdlərin nəzarətsiz yola tək buraxılması, valideyinlərin məsuliyyətsizliyi və s. kimi məsələlər müzakirə olunub. Diskussiya şəklində davam edən tədbirdə fəal iştirakçılara Yol Hərəkəti Qaydalara düzgün əməl etmələri haqqında kitablar təqdim olunub. Şəkidə də BDYPİ nin YPXA 5-ci tağımının maarifləndirici tədbiri olub. Şəkinin Suçma və Böyük Dəhnə kənd sakinləri ilə keçirilən görüşdə magistral yol üzərində yerləşən məktəbə gedən şagirdlərə, valideynlərə təhlükəsizlik qaydaları haqqında məlumat verilib. Kənd sakinlərinə mal-qaraya nəzarət etmək, səllim şəkildə magistral yola buraxmamaq tövsiyyə edilib. Bu cür tədbirlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.