İsmayıllıda 2017-ci ilin hesabatı verildi...

08 2018 16:33

İsmayıllı rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib. Əvvəlcə rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları sərgisinə baxış keçirilib. Ardınca keçirilən tədbirdə bildirilib ki, rayonda ötən il ümumi məhsul buraxılışı 239 milyon 254 min manata çatıb. Əsas kapitala investisiya qoyuluşu 85 milyon 960 min manat olub ki, bu da əvvəlki ildən 2,3 dəfə çoxdur. Rayonda ötən ildə 1071 daimi iş yeri açılıb. Ardınca keçirilən tədbirdə bildirilib ki, Yenikənd və Tağlabiyan kəndlərində modul tipli məktəb binalarının, 170 nəfəri işlə təmin edəcək xalça müəssisəsinin tikintisi başa çatdırılıb. Yollar təmir olunub. 29 min 954 hektar sahədən 106 min 643 ton məhsul istehsal edilib. Hesabat ilində taxıl istehsalı əvvəlki ildəkindən 4398 ton çox olub. Keçən il 15 hektar sahədə tütün yetişdirilib. 1024,4 hektarda yeni fındıq bağları salınıb.