İsmayıllının Lahıc qəsəbəsinə qaz xətti çəkilir...

08 2018 16:03

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən regionlara təbii qazın bərpası və yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Bu çərçivədə İsmayıllının Lahıc qəsəbəsində də yanvardan etibarən yeni qaz xətlərinin çəkilməsinə başlanılıb. Qəsəbədə yeni qaz xətlərinin dayaq hissələri betonlanır, müxtəlif diaqramlı yeni qaz xətti çəkilir. Yaxın günlərdə qaz sayğaclarının quraşdırılmasına başlanılacaq. Ümumilikdə Lahıc qəsəbəsində 640 abonentin qaz xətti ilə tam təmin edilməsi və sayğaclaşdırılması nəzərdə tutulub.