Zaqatalada 2-ci sinif şagirdi traktorun altında qalaraq dünyasını dəyişdi...

07 2018 17:26

Zaqatalada məktəbli qəzanın qurbanı oldu. Hadisə bu gün günorta saatlarında Əliabad qəsəbəsində baş verib. 4 saylı tam orta məktəbin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Cavadov məktəbdən çıxdıqdan sonra evə gedərkən traktorun qoşqusu uşağın üzərindən keçib. O, hadisə yerindəcə dünyasını dəyişib. Hazırda Zaqatala rayon polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.