Zaqatalada 2017-ci ilin hesabatı verildi...

07 2018 16:25

Zaqatalada 2017-ci ilin yekunları keçirilən hesabat yığıncağında geniş müzakirə edilib. Əvvəlcə rayonun iqtisadi inkişafını özündə əks etdirən sərgiylə tanışlıq olub. Ardınca keçirilən konfransda bildirilib ki, il ərzində Zaqatalada 381,1 milyon manat ümumi məhsul istehsal edilib. 2445-i daimi olmaqla 2525 iş yeri açılıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 4 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 3,3 dəfə artıb. Kənd təsərrüfatı məhsullarının istehsalında isə 12,9 faiz artım olub. 34 674 ton taxıl, 24 048 ton qarğıdalı, 35 090 ton meyvə və digər məhsullar istehsal olunub. Rayonda sənaye üzrə məhsul buraxılışı isə 41% artıb. Bununda 83%-ini fındıq və fındıq məhsullarının satışından əldə olunan gəlirlər təşkil edir. Hesabat ilində rayonda bütün maliyyə mənbələri hesabına 39,4 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri də görülüb.