İngiltərədən gətirilən moruq İsmayıllıda...

07 2018 15:22
Azərbaycanda ilk dəfə Avropa ölkələri mütəxəssislərinin rəyinə görə, hava şəraitinə uyğun olaraq İngiltərədən gətirilən moruq növü yetişdirilir.
Yeni növ moruğun tingləri 2-3 metr uzana bilir, çeşidindən asılı olaraq ildə 2 dəfə məhsul verə bilir. İsmayıllının Diyallı kəndi ərazisində 4,4 hektar yer ayrılıb, 1,4 hektarda 54 tunel tipli istixana tikilib, 3 hektarda isə tinglərin açıq sahədə əkilməsi nəzərdə tutulub. Moruğun istixanalarda yetişdirilməsində əsas məqsəd mövsümü qabaqlamaq, tez və gec yetişən çeşidlərin məhsullarını almaqdır. Bu növün üstün cəhəti isə bir həftə ərzində keyfiyyətini itirmədən qala bilməsi, xəstəliklərə qarşı özünü qorumasıdır. Məhsul əldə edildikdən sonra yerli bazarla yanaşı, xarici bazara da satışı nəzərdə tutulur.