Şəkidə avtomobil ağaca çırpıldı, 21 yaşlı sürücü komaya düşdü...

07 2018 12:51

Bu gün səhər saat 4 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 147-ci kilometirliyində yol nəqliyat hadisəsi baş verib. Hadisə zamanı VAZ 21 07 markalı 10 NT 897 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Köbər Zəyzid kənd sakini Tamerlan Sofibəyov idarəetməni itirərək ağaca çırpılıb. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. Sürücünü avtomobildən çıxarmaq üçün hadisə yerinə FHN-in xüsusi xilasetmə qrupu, təcili tibbi yardım briqadası və polis əməkdaşları gəlib. Xəstə dərhal Şəki mərkəzi rayon xəstəxanasına çatdırılıb. Aparılan müayinələr zamanı sürücünün qapalı kəllə-beyin travması, beyin əziyi, döş qəfəsi, qarnın qapalı travması, koma, sol bud sümüyünün qapalı yerdəyişən sınığı diaqnozu qoyulub. Hazırda Tamerlan Sofibəyovun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı isə araşdırma aparılır.