Şamaxıda vulkanın aktivliyi sakinləri narahat edir...

06 2018 18:38
Şamaxının Quşçu kəndində püskürən vulkan daha güclü şəkildə yenidən püskürə bilər. Bu barədə AMEA Coğrafiya institutu əraziyə baxış keçirdikdən sonra ilkin rəyini açıqlayıb. Tədqiqat zamanı müəyyən olunub ki, seysmik cəhətdən aktiv zonada yerləşdiyindən gələcəkdə vulkanın daha güclü püskürməsi ehtimalı var. Hazırda ərazidə lavanın uzunluğu 150-200 m olmaqla 30-35 sm qalınlığındadır. Mövcud vəziyyət sakinləri narahat edir.. Araşdırmalar nəticəsində o da məlum olub ki, palçıq vulkanı ətrafında tamamilə fərqli bitki örtüyünə malik landşaftlar formalaşıb. Yuyulma nəticəsində ətraf ərazilərə yayılmış kimyəvi elementlər torpaqların məhsuldarlığına ciddi təsir göstərib. Digər tərəfdən bor, molibden və stronsium vulkan materiallarının ifrat dərəcədə bitki və suya keçməsi bir sıra xəstəliklərin yayılmasına da gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq vulkanının yarada biləcəyi təhlükə və risklər barədə sakinlərlə maarifləndirmə işi aparılıb.