Qəbələ 2020-ci il "İslam dünyasının turizm paytaxtı" seçilib...

06 2018 16:34

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 10-cu konfransında 2019-cu il "İslam dünyasının turizm paytaxtı" Banqladeşin Dəkkə şəhəri və 2020-ci il "İslam dünyasının turizm paytaxtı" isə Qəbələ şəhəri elan olunub. Qeyd edək ki, "İslam dünyasının turizm paytaxtı" adını 2016-cı ildə Konya, 2017-ci ildə isə Mədinə şəhərləri daşıyıb. Bu il isə İslam dünyasının turizm paytaxtı Təbrizdir.