Dəmirçi-Lahıc avtomobil yolu bu il istifadəyə veriləcək...

06 2018 15:35
Turizm sahəsi ümumiyyətlə şimal-qərb bölgəsində önəmli yer tutur. Yeni infrastruktur sahələrinin yaradılması da buna xidmət edir. Elə iki dağ arasında Dəmirçidən-Lahıca yolun çəkilməsi də turizmin inkişafı üçün atılan addımdır. İsmayıllının Lahıc qəsəbəsi ilə Şamaxının Dəmirçi kəndini birləşdirən ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun salınması işləri sürətlə davam edir.
Hazırda ərazidə yol boyu torpaq işləri və 3 ədəd avtomobil körpüsünün, 25 ədəd ötürücü boruların həmçinin sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarların tikintisi aparılır. İşlər tamamlandıqdan sonra yol boyu avtobus dayanacaqları, məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq. Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc kəndi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə vətəndaşların gəliş-gedişini rahatlaşdıracaq, yük və sərnişindaşımanı xeyli asanlaşdıracaq. Dəmirçi-Lahıc avtomobil yolunun 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.