İsmayıllıda sahibkarlarla görüş keçirildi...

03 2018 15:46

Regionların 2014-2018 –ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransla əlaqədar İsmayıllıda müşavirə keçirilib. Görüşdə sahibkarla yanaşı, biznes fəaliyyətinin tənzimlənməsi sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak edib.Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər bir ölkənin ümumi inkişafında sahibkarlığın mühüm çəkiyə malik olduğunu bildirib. Bu baxımdan İsmayıllı rayonunun iqtisadi tərəqqisində və yeni iş yerlərinin yaradılmasında sahibkarlıq fəaliyyətinin inkişafının mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Tədbirdə sahibkarların problemləri və onların həlli yolları müzakirə olunub. Çıxış edənlər yeni istehsal müəssisələrinin yaradılması üçün güzəştli kreditlərin alınmasına ehtiyac olduğunu diqqətə çatdırıblar. Sonda rayon icra hakimiyyətinin başçısı təkliflərin nəzərə alınacağını və müvafiq addımlrın atılacağını söyləyib.