Qadın öz həyətində kişi meyidi tapdı...

03 2018 15:26

İsmayıllı rayon sakininə məxsus fərdi yaşayış evində naməlum kişi meyidi tapılıb. İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 119 saylı mənzil də yaşayan 50 yaşlı Nüşabə Dəmirova Bakı şəhərindən rayona geri qayıdıb, dəmir darvazanı açaraq həyətə daxil olarkən orada bir kişinin öldüyünü görüb. Qadın dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Araşdırma zamanı ölən şəxsin Ağdam rayonu Quzanlı qəsəbə sakini, 61 yaşlı Akif Əliyev olduğu məlum olub. Akif Əliyevin Lahıc qəsəbəsinə qonaq gəldiyi ehtimal olunur. Onun hansı səbəbdən dünyasını dəyişdiyi isə hələlik məlum deyil. Nüşabə Dəmirova ölən kişini tanımadığını və evini rayona gələn turistlərə gündəlik kirayə verdiyini bildirib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdma aparılır.