Zaqatalada avtomobil piyadanı vurub qaçdı...

03 2018 13:53

Zaqatalada piyadanı vuran maşın hadisə yerindən qaçıb. Hadisə axşam saat 18:30 radələrində Zaqatala şəhəri Azərbaycan prospektində baş verib. Yolu keçmək istəyən piyada, rayonun Axaxdərə kənd sakini, 31 yaşlı Həsən Qurbanov nəməlum avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü idarəetdiyi avtomobillə birlikdə hadisə yerindən uzaqlaşıb. Qəzadan sonra ağır bədən xəsarəti alan 41 yaşlı Həsən Qurbanov Zaqatala Mərkəzi rayon Xəstəxanasına aparılıb. Koma vəziyyətində olan Həsən Qurbanova ağır qapalı kəllə-beyin travması dioqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində aparılır. Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.