Oğuzda sakinlər maarifləndirildi...

02 2018 16:57

Oğuzda Dövlət yol patrul xidmətinin növbəti marifləndirici tədbiri olub. Padar qəsəbəsinin sakinlərinin qatıldığı tədbirdə yol hərəkəti qaydaları izah olunub. Yol patrul xidmətinin 5-ci tağımının xidməti ərazisində, magistral yol üzərində yerləşən məktəbə gedən şagirdlərə, valideynlərə təhlükəsizlik qaydaları haqqında məlumat verilib. Kənd sakinlərinə mal-qaraya nəzarət etmək, səllim şəkildə magistral yola buraxmamaq tövsiyyə edilib. Məlumat üçün bildirilib ki, ötən illə müqayisədə yol nəqliyyat hadisələrində azalma müşahidə olunub. Hadisələr 17.8%, həlak olanlar 11.2%, xəsarət alanlar ise 20.2% azalmışdır.