Qaxda iki nəfər dəm qazından zəhərləndi...

02 2018 14:20

Qaxda iki nəfər dəm qazından zəhərlənib. Qax şəhəri Məmmədəli Məmmədov küçəsində yaşayan 20 yaşlı Nihad Heydərov və həmyaşıdı M.Ə.Rəsulzadə küçəsində yaşayan Günel Məmmədli zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına daxil olublar. MRX-dan bildirilib ki, hər iki şəxsin yaşadıqları ünvanlarda vanna otağında dəm qazından zəhərləndikləri məlum olub. Həkim müdaxiləsindən sonra Nihad Heydərovun və Günel Məmmədlinin vəziyyətləri stabilləşib, müalicələri reanimasiya şöbəsində aparılır. Hər iki faktla bağlı araşdırma aparılır.