Şəkidə avtomobil divara çırpıldı...

01 2018 18:43

Şəkinin Şəhriyar küçəsi ilə Bağbanlar küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. 55 BT 886 dövlət nömrə nişanlı “mersedes” markalı avtomobilin sürücü Şəki sakini Məmmədov Bağban idarəetməni itirərək nəqliyyat hadisəsini divara çırpıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Qəzaya səbəb sürücünün içkili olması və idarəteməni itiriməsi göstərilir. Faktla əlaqədar araşdırma aparılır.