Zaqatala yolunun qurulması yekunlaşır...

01 2018 16:14

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin artıq əsaslı şəkildə yenidən qurulması başa çatır, yolda son tamamlanma işləri görülür. 22 məntəqənin mindən çox əhalisinin istifadə etdiyi yol Qax və Zaqatala rayonları arasındakı mövcud məsafəni xeyli qısaldacaq. Layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri, sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Ümumi uzunluğu 29,8 km olan yol 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Hazırda yol boyu uzunluğu 5940 metr iki tərəfli və 1900 metr uzunluğunda bir tərəfli piyada səkiləri və 16 yerdə avtobus dayanacaqları tikilir. Yenidənqurulan yol həm də mühüm turizm marşrutuna daxildir.