Azərbaycan şərabının istehsalına nə mane olur?

01 2018 14:59
Ötən il Azərbaycan xaricə 22 milyon dollar həcmində içki ixrac edib ki, burda da əsas yeri spirtli içkilər tutur. Bu, 2016-cı illə müqayisədə 17 faiz artım deməkdir. Ancaq hələ də Azəbaycan öz potensialını tam olaraq reallaşdırmayıb. Sahibkarlara verilən subsidiyalar, görülən tədbirlər belə ixracın artırılmasına töhvə olmayıb. Hətta bəzi zavodlar öz fəaliyyətini dayandırıb. Bəs, səbəb nədir ? Sujetdən biləcəksiz...
Ötən il Azərbaycanda 100 milyon şüşə şərab istehsal etmək gücündə olan şərab zavodları cəmi 20 milyon şüşə şərab istehsal edib. Səbəb kimi şüşə istehsalı müəssisələrinin yetərsizliyi göstərilir. Şüşənin xaricdən idxal olunması valyutanın ölkədən çıxmasına və şərabın maya dəyərinin bahalaşmasına səbəb gətirib çıxarır. Problemin tezliklə həllini tapacağı gözlənilir. İlin sonuna qədər “Azərşüşə” MMC tikilərək istifadəyə veriləcək. Problem tək bununla da bitmir. Şüşədən başqa, qablaşdırmna üçün lazım olan eskizlər də xaricdə hazırlanır.