Şəkidə qazın təzyiqi niyə aşağıdır?

30 2018 17:09

Şəkinin əksər ərazilərində, əsasən də Yuxarı baş deyilən hissəsində mavi yanacağın verilişi ilə bağlı problemlər yaşanır. Əhali iddia edir ki, xüsusilə də şaxtalı havalarda qazın təzyiqi xeyli aşağı olur. Qaynar xəttimizə gələn müraciətlər əsasında məsələni araşdırmışıq. İzləyək... Sakinlər iddia edir ki, artıq 2 aya yaxındır səhərlər qazın təyziqi yox dərəcəsinə qədər azalır və bir də gecə 12-dən sonra artır. Nəticədə nə isinmək, nə yemək bişirmək olur.. Əksər sakinlərsə çıxış yolunu odun sobasından istifadə etməkdə tapıb. Məsələ ilə bağlı dəfələrlə Şəki Qaz İstismar Sahəsinə müraciət edən sakinlər problemin tezliklə aradan qaldırılacağı cavabını alıblar. Ancaq dəyişən heç nə olmayıb. Azəriqaz İstehsalat Birliyindən problem qaz xətlərinin köhnə və istismar müddətini başa vurması ilə əlaqələndirildi. Bu səbəblə də həmin xətlərin yeniləri ilə əvəz olunması üçün işlər aparılır. Qurumdan o da bildirildi ki, görülən işlərlə yanaşı, bəzi xətlərdə mütəmadi olaraq təhlükə yaradan hissələr aşkarlanır. Nəticədə həmin sızıntıları aradan qaldırmaq üçün təmir işləri aparılır. Və qazın verilişi müvəqqəti olaraq dayandırılmalı olur.