Qəbələnin Tikanlı kəndindən keçən Qəmərvan çayının üzərində körpünün olmaması gediş-gəlişi çətinləşdirir...

29 2018 15:59
Tikanlı kəndinin sakinləri burdan sanki "tikan" üstündə keçməli olurlar. Bu kəndlə yanaşı, başqa 5 kəndin sakinlərinin də istifadə etdiyi bu yol-müvvəqqəti körpü qışda daha təhlükəli olur. Əhali şəhər mərkəzinə getmək üçün Qəmərvan çayının üzərində salınan müvəqqəti körpüdən istifadə edir. Ancaq yayda su çox olduqda, qışda isə şaxta olduqda burdan istifadə təhlükəli hal alır. Sakinlər çarəni yük maşınlarına pul verib çayı keçməkdə tapıb. Şəhər mərkəzinə aparan alternativ yol isə 50 km uzundur. Qəbələ rayon İcra Hakimiyyətindən verilən məlumata görə, çayın yatağı geniş olduğu üçün ərazidə böyük körpü salınmalıdır. Həmin körpünün layihəsi artıq hazırdır və tikintisi Dövlət proqramına salınıb.