Ucqar kənddə dərs deyən ekstravaqant müəllim...

29 2018 11:31
Müəllim dedikdə adətən ciddi geyimli, səliqəli saç düzümü olan, ağır- ağayana bir sima gözlərimizin önündə canlanır. Hansı ki, bu ciddi görkəmi deyəcəyi hər bir sözü də hökmə çevirir insan gözündə. Biz də indi bir müəllim haqqında danışacağıq. Ancaq söylədiklərimizin tamamilə əksini göstərəcəyik. Onun sərbəst geyim və həyat tərzi var. Lakin bunlara baxmayaraq, 23 yaşlı bu müasir gənc qaynar şəhər həyatını qoyub, Qaxın Ləkit kəndində müəllimlik edir, şagirdlərə elm öyrədir.
24 yaşlı Turanə Hüseynova ilk dəfə müəllimlik üçün ona ən çətin olanı, Qax rayonunun Ləkit kənd məktəbini seçib. Bildirir ki, ucqar dağ kəndində müəllim işləmək onun üçün daha da maraqlıdır. Ekstravaqantlığı ilə seçilən və müəllim imici üçün bütün stereotipləri qıran Turanə kənddə olduğu kimi qəbul edildiyini və çox sevildiyini deyir. İlk müəllim işi olmasına baxmayaraq o, şagirdlərlə də isti münasibət qurmağı bacarıb. Turanə müəllim həmkarlarına da öz sənətlərini icra etmək üçün bu cür ucqar kənd məktəblərini seçməyi tövsiyyə edir. Turanə müəllim elm, bilik öyrətmək üçün sərhədlər olmamalıdır deyir. Və gün gələcək insanların kəndə axın edəcəklərini düşünür.