Əfqanıstandakı sülhməramlılarımızın bir qismi vətənə qayıtdı...

27 2018 16:33
Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan hərbçilərinin bir qismi vətənə qayıdıb. Əməkdaşlarımız da Əfqanıstanda xidmət etmiş hərbi qulluqçuları qarşılayanlar arasında olub. NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan hərbçilərinin bir qismi səhər saatlarında vətənə qayıdıb. 43 nəfərdən ibarət qrupun Bakıya qayıdışı plana uyğun olaraq rotasiya qaydasında baş tutub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ildən başlayıb. Hazırda Silahlı Qüvvələrin 120 hərbçisi Əfqanıstandakı missiyada iştirak edir. “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Azərbaycan hərbçiləri Həmid Kərzai adına Kabul beynəlxalq hava limanının təhlükəsizliyini qoruyur. Sülhməramlı kontingentin şəxsi heyəti 3 aydan bir rotasiya əsasında dəyişdirilir. Qeyd edək ki, Azərbaycanda sülhməramlı tabor 2001-ci ildən yaradılıb. Bu tabor Kosova, İraq və Əfqanıstanda bir sıra sülhməramlı əməliyyatlarda iştirak edib.