Şəkidə yanacaqdoldurma məntəqəsinə hücum edən maskalı şəxslər yaxalandı...

27 2018 16:03

Şəkidə yanacaqdoldurma məntəqəsində hücum edən maskalı şəxslər saxlanılıb. Hər iki şəxs də törətdiyi əməli etiraf edib. Təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlərin Kiçik Dəhnə kənd sakinləri 27 yaşlı Roman Rəsulov və 25 yaşlı Tacı Mənəfli olduğu ortaya çıxıb. Hər iki şəxs istintaqa cəlb olunub və dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər. Hazırda həmin şəxslərin digər cinayət əməllərində də əli olub-olmadığı araşdırılır.