İsmayıllı Turizmində durğunluq yaşanır...

27 2018 14:38
Bu il qarın az yağması ev turizminə də öz təsirini göstərib. Son günlərsə qarın yağması ən çox sahibkarları sevindirib. Bu sahə ilə məşğul olanlar boş evlərdə turistlərin yolunu gözləyir. İsmayıllıda da eyni vəziyyət hökm sürür.
İsmayıllıda şəxsi evlərin kirayə verilməsində durğunluq yaşanır. Qarın az yağması səbəbindən təbiət qoynunda istirahət etmək istəyən turistlər də azalıb. Bu vəziyyət qiymətlərə də öz təsirini göstərib. Kottecləri olan istirahət mərkəzlərində də vəziyyət eynidir. Rayonda 20 manatdan 50 manata kimi şəraitli evlərdə qalmaq mümkündür. Rayonun əsas turizm zonası olan Lahıcda isə həyət evi və ya kotteclərdə qiymətlər 35-100 manat arasında dəyişir.