Şəkidə maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib...

26 2018 17:17

Daxili işlər nazirliyinin yaydığı məlumatda bildirilir ki, saat 6 radələrində Kiçik Dəhnə kəndindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş 2 maskalı şəxs oradakı yardımçı otağın pəncərəsini sındırıb, operator Azad Məmmədovu bıçaq və taxta parçası ilə hədələyərək pul tələb ediblər. Müqavimətlə rastlaşdıqlarında isə qaçaraq aradan çıxıblar. Təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib və onlardan biri - Kiçik Dəhnə kənd sakini Tacı Mənəfli “isti izlər”lə saxlanılıb. Polis əməkdaşları tərəfindən ona məxsus “VAZ-21074” markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, bıçaq, yapışqanlı lent, idman şalvarı və gödəkcə aşkar edilib.Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir .