Heyvan hücumlarından minimum zərərlə necə qurtulmaq olar?

26 2018 15:27
Bir neçə gün əvvəl Qaxda canavar sürüsünün fermaya hücum etməsi və bir təssərrüfatı tamamilə məhv etməsiylə bağlı xəbər vermişdik. Bu kimi hadisələr tez-tez yaşanır. Kəndlinin min bir əziyyətlə baxıb böyütdüyü və nəticədə ondan gəlir əldə edəcəyi heyvanları yırtıcılara "qəlyanaltı" olur. Bir başına, bir dizinə döyən təsəsrüfatçının əli heç yerə çatmır. Bəs görəsən bu kimi hallarda çarə, çıxış yolu nədədir?Sığorta həll yolu ola bilərmi?
Mütəxəssislər zərəri ödəmək üçün optimal variantı heyvanların sığortalanmasında görür. Bu, həm də xəstəliklərin yayılmasının qarşısını alacaq. Mal-qaranın sığortalanmasında isə, nə fermerlər, nə də sığorta şirkətləri maraqlıdır. Sığortanın hansı hallarda ödənəcəyinə gəlincə, bura əsasən heyvan hücumları, təbii fəalkətlər və xəstəliyə yoluxma aiddir. Heyvan sahibinin biganəliyi ucbatından ölürsə, sığorta pul ödəmir. Bu, sahibsiz buraxılan mal-qaraya da aiddir. Mütəxəssislər məsləhət görür ki, mal-qaranı sığortalamadan öncə bir neçə sığorta şirkətinə müraciət edilib şərtləri öyrənmək lazımdır. Artıq Kənd Təsərrüfatı nazirliyi də heyvanların icbari sığortalanmaya cəlb olunmasında işlərə başlayıb.