Şimal - qərbdə heyvanların vaksinasiyasına başlanıldı...

25 2018 16:53
Şəkidə heyvanlar arasında qarayara, bruselyoz, quduzluq, nyukasl, manqo və digər xəstəliklərə qarşı peyvəndləmə və serioloji müayinələrin aparılmasına başlanılıb. Müayinələrin keçirilməsində məqsəd xəstəliyi vaxtında aşkarlamaq və effektiv tədbirlər görməkdir.
Müalicə-profilaktik və epizootik tədbirlər 79 min başa yaxın iribuynuzlu, 5 min başa yaxın təkdırnaqlı, 5 min it və 300 min ev quşu arasında aparılır. Dərmanlar əhaliyə pulsuz paylanılır. Heyvanlardan alınan qan nümunələri isə laborotoriyaya gətirilir. Burada onların tərkibi yoxlanılır və hər hansı xəstəliyin olub-olmaması müəyyənləşdirilir. Müalicə-profilaktik və epizootik tədbirlər fevralın ortalarına qədər davam edəcək.