Təbii antibiotik - propolis

25 2018 16:40
Arı məhsulları dedikdə ilk ağla gələn bal olsa da,bu xeyirli həşəratdan tam 14 adda müxtəlif məhsul götürülür. Hansı ki, bunlardan da ən nadir xüsusiyyətlərə malik olanı propolis, digər bir adı ilə vərəmumdur. Qədim zamanlarda vərəm xəstəliyinin müalicəsində bu məhsuldan istifadə edildiyi üçün vərəmum adlandırılıb. Insanların məlumatının az olduğu propolis nəninki vərəm, bir sıra xəstəlikləri sağaltmaq gücündədir.Yüzilliklərin möcüzəsi adlandırılan propolisdən danışacağıq. Süjetdən sonra:Təbiətdə bütün xəstəliklərin dərmanı var. Sadəcə onları bilmək və düzgün istifadə etmək gərəkdir.
Propolisi istehsal etmək üçün arılar ağacların tumurcuqlarından damcılarla şirə yığır və bu şirəni öz fermentləri ilə zənginləşdirirlər.Arı pətəyində bu maddə çox vacib funksiyaları yerinə yetirir. Vərəmum da adlanan bu maddənin tərkibi 55% qətran və balzamdan,10% efir yağlarından,30% mum,5 % güləm, habelə sink, maqnezium, alüminium, vanadium, dəmir, kalsium. müxtəlif turşular və antibiotiklərdən ibarətdir.1 mq vərəmum 20 mq pensilinə bərabərdir.Bu zəngin tərkibli tam təbii məhsuldan xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Hələ qədim zamanlardan məşhur təbiblərin, eləcə də arıçıların dərman kimi istifadə etdiyi bu məhsuldan indi bir çox insanlar xəbərsizdir. Ucqar dağ kəndlərində yaşlı nəsil diş ağrısı da daxil olmaqla bir çox ağrıların sakitləşməsində məhz vərəmumdan istifadə edir. Arıçılar da bu məhsulu etil spirti və ya balla qarışdıraraq məhlul şəklində satışa çıxarır. Vərəmumun tərkibindəki çiçək tozlarına qarşı alergiyası olan bəzi alergik insanlardan başqa, heç bir halda əks təsiri bu günədək müşahidə edilməyib. Lakin bu maddə olduqca güclü antibiotik olduğundan müəyyən həddə qəbul etmək vacibdir. Mütəxxəsislər təqribi olaraq insan çəkisinin hər 10 kq-ı üçün iki damcı bu məhsulun istifadəsini məqsədəuyğun sayır. Əczaçılıqda və kosmetik məhsulların istehsalında da propolisdən istifadəni nəzərə alaraq arıçılar gələcəkdə məhsulun xaricə ixracını gerçəkləşdirməyi düşünür.