Şəki idmançıları yarışdan qayıdıblar...

24 2018 16:26

Şəki idmançıları növbəti yarışdan qayıdıblar. Bakıda keçirilən, 6 ölkənin 700-dən çox idmançısının iştirak etdiyi "Arpaçay Open Karate" yarışında Şəkini 4 idmançı təmsil edib. Yarış öncəsi seminar təşkil olunub. 6-17 yaş qrupları arasında keçirilən yarış kata və kumite növlərində baş tutub. 14-15 və 16-17 yaş qrupları arasında Şəkili idmançılar rəqiblərinə üstün gəliblər. İdmançılar kata üzrə qızıl medal və kumute üzrə gümüş medala layiq görülüblər.