İsmayıllıda musiqiçilər ustad dərsləri keçiblər...

24 2018 15:15

İsmayıllıda ustad dərsləri keçirilib. İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin və Bakı şəhər Georgi Şaroyev adına 11 illik 35 saylı Uşaq Musiqi Məktəbinin birgə əməkdaşlığı ilə keçirilən dərslər fortepiano ixtisası üzrə baş tutub. Dərslər Georgi Şaroyev adına musiqi məktəbinin müəllimləri və Beynəlxalq lauriyyatlı, prezident təqaüdünə layiq görülmüş müəllimlər tərəfindən keçirilib. Ustad dərsləri incəsənət məktəbində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədini daşıyır. Bakı Musiqi Akademiyasının müəllim və tələbələri konsert proqramı ilə də çıxış ediblər.