Bölgələr şəhidləri andı!

20 2018 15:24
Öz tarixi keçmişinə həmişə bağlı olan Azərbaycan xalqı öz xoşbəxt gələcəyi naminə baş verənləri dəyərləndirməyi bacarır. Dosta dost gözü ilə baxan, düşməni xar etməyə qadir olan bu xalq həmişə öz şəhidlərinə dərin ehtiamla yanaşıb. Şəki, Zaqatala, Qax, Qəbələ, İsmayıllı, Şamaxı camaatı da bu gün şəhidlər xiyabanına gedərək, məzarlığı al rəngdə güllərə qərq ediblər.
Şəkidə 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunub. Şəhər rəhbərliyi, idarə və müəssisə əməkdaşları, hüquq-mühafizə orqanları, vətəndaşlar şəhidlər xiyabanına axışıb. Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün rayonda görülən işlərdən, onların ailələrinə göstərilən qayğıdan bəhs ediblər. Məlumat verilib ki, Şəkidən 300-ə yaxın insan Azərbaycanın müstəqilliyi və ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Bütün ölkə ərazisində olduğu kimi saat 12:00 də 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, küçə və prospektlərində avtomobillərin hərəkəti bir dəqiqəliyə dayandırılıb.
Zaqatala rayonunda Qanlı Yanvar faciəsi ilə bağlı keçirililən silsilə tədbirlərə şəhər mərkəzində yerləşən şəhidlər kompleksindən start verilib. Rayon rəhbərliyi, idarə, müəsisə, təhsil, səhiyyə işçiləri, ziyalılar, rayon sakinləri və şagirdlər Zaqatala Şəhidləri kompleksi önünə tər çiçəklər düzərək vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Silsilə tədbirlər Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans şəklində davam edib. Əvvəlcə “Qan yaddaşı” adlı rəsm sərgisi ilə tanışlıq olub. Elmi -praktik konfransda ilk öncə 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib. Ardınca Qanlı yanvar hadisələrinin əsl mahiyyətindən söhbət açılıb. Silsilə tədbirlər daha sonra rayonun Göyəm və Muxax kəndlərində davam etdirilib.
20 yanvar şəhidlərinin anım günü Qaxda da qeyd olunub. Səhər saatlarından minlərlə şəhər sakini torpaqlarımız, istiqlaliyyətimiz, müstəqilliyimiz uğrunda canlarını qurban verən şəhirdərimizi yad etmək üçün şəhidlər xiyabanına gəlib. 90-cı ildə baş verən hadisənin faciə günü ilə yanaşı həm də qürur günü olduğunu bildirib. Çünki bu gündə şəhid olan insanlar vətənin müstəqilliyi yolunda canlarını veriblər.
Qəbələ rayonunda da İctimaiyyət nümayəndələri və minlərlə Qəbələ sakini səhidlərin ruhuna ehtiramlarını bildiriblər. Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsinin xatirəsinə əklil qoyub. Məhz Xalqın ağır günlərində ümummilli lider Heydər Əliyev qanlı faciəni törədənlərə qarşı kəskin etirazını bildirdiyi, 20 Yanvar faciəsinə isə məhz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi qiymət verildiyi xatırlanıb.
İsmayıllı rayonunda vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsinə həsr olunan yürüş keçirilib. İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, ictimaiyyət nümayəndələri və onminlərlə rayon sakini yürüşə qatılıblar. Şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. 28 il öncə əliyalın, dinc insanlara qarşı törədilən dəhşətli hadisələr bir daha yada salınıb. Bununla yanaşı İsmayıllının Heydər Əliyev məktəbi, Hacıhətəmli kənd tam orta məktəbi də daxil olmaqla rayonun digər məkətblərində də silsilə tədbirlər təşkil olunub. Vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsi əziz tutulub, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 20 yanvar faciəsi haqqinda şagirdlərə məlumat verilib. Şagirdlərinin ifasında "20 Yanvar" adlı şeir kompozisiyası nümayiş etdirilib. İsmayıllıda da bütün rayonlarda olduğu kimi şəhidlərin xatirəsinə bir dəqiqəlik hərəkət dayanıb.
Şamaxılılar da Azərbaycanın müstəqilliyi uğrunda canından keçənləri anmağ üçün Şəhidlər xiyabanına axın ediblər. 93 şəhidin xatirəsinə ucaldılmış abidə konpleksində izdiham yaşanıb. Hadisənin canlı şahidləri baş vermiş o dəhşətli qətliyamdan danışıb. Bildirilib ki O qanlı gecədə Şamaxıda iki igid vətən oğlanlarını Ağanəzər İsrayılov və Vidadi Məmmədovu itirib. Şəhid ailələri yad edilib.