“Quduzluq xəstəliyinin profilaktikası" müzakirə olundu...

19 2018 18:17

Bu gün Şəkidə “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” haqqında seminar keçirilib. Seminar "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə dəstək" adlı Tvinninq layihəsi çərçivəsində baş tutub. Layihənin keçirilməsində məqsəd Azərbaycanda heyvan və insan sağlamlığını mühafizə etmək, kənd təsərrüfatı sahəsində iqtisadi artıma, qida təhlükəsizliyinin yaxşılaşdırılmasına və ictimai sağlamlığa töhfə verməkdir. Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinə heyvan və zoonoz xəstəliklərin epidemiologiyası, profilaktikası və nəzarəti sahəsində potensialını artırmaq nəzərdə tutulub. Azərbaycanda quduzluq xəstəliyin aradan qaldırılması istiqamətində Kənd Təsərrüfat və Səhiyyə nazirlikləri digər aidiyyətı qurumlarla birgə çalışır.