Bayram günlərində Qəbələ rekord sayda turist qəbul etdi...

12 2018 16:35
Təbiətin ən gözəl çalarlarının əks olunduğu qədim Qəbələ müasir simasıyla bayram ərəfəsində xeyli sayda yerli və xarici qonağı qəbul etdi. Yeni ili qarşılamaq üçün Qəbələyə səfər edən turistlərin sayı ötən illərlə müqayisədə təxminən iki dəfə artıq olub.
Bayram günlərində Qəbələ 25 minə yaxın turisti qonaq edib. Bu turistlərin əksəriyyəti yerli turistlər olsa da Rusiya, Ukrayna, Türkiyə, Hindistan və ərəb ölkələrindən gələnlər də üstünlük təşkil edib. Rayona üz tutan turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağ kəndlərinə ekskursiyalar təşkil edilib. İlk dəfə Azərbaycanda təşkil edilən Beynəlxalq “Veselo” festivalı da turistllərin Qəbələni seçməsində böyük rol oynayıb. Bununla belə, qarın yağmaması bəzi çətinliklər yaradıb. Bu il ümumilikdə rayona gələcək turistlərin sayının 300 mini ötəcəyi gözlənilir.