Məşhur "Qala düzü" pilləkənləri təmir olunur...

12 2018 16:30

Zaqatalada aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərə estetik gözəllik verən məşhur "Qala Düzü" pilləkənləri təmir edilir. Ötən əsrin 50-ci illərində inşa edilən bu pilləkənlər şəhərin monumental memarlıq abidələri sırasındadır. 116 pillədən ibarət pilləkən şəhərin mərkəzi hissəsində yerləşdiyindən gün ərzində sakinlər də burdan çox istifadə edir. Təmir işlərinin tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulur.