Şəkidə avtomobil dayanacağa girdi...

11 2018 16:43

Bu gün Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 41-ci kilomertliyində, Şəkinin Cəfərabad kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. 55 BP 130 dövlət nömrə nişanlı VAZ 21 06 markalı avtomobilin sürücüsü Kiçik Dəhnə kənd sakini Rəhman Abdulkərimov hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Yol kənarında olan sərnişin dayanacağına dəyən avtomobil dayanacağın dayaq hissəsini qoparıb. Yol kənarında hərəkətsiz vəziyyətdə olan Cəfərabad kənd sakini Gündüz Bayramova məxsus 55 BM 791 dövlət nömrə nişanlı VAZ 21 06 markalı avtomobil də zərər görüb. Hadisə nəticəsində qəzanı tərədən 29 yaşlı Rəhman Abdulkərimov xəsarət alıb. Yaralı dərhal Şəki Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Ona sağ çiynin oynağı, alın təpə nahiyyəsinin cırılmış yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.