Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı sona çatıb...

11 2018 16:29

Yerli tamaşaçılarla yanaşı, xarici turistlərə də unudulmaz anlar yaşadan Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı sona çatıb. Festivalın sonuncu günündə Ukrayna, Belarus, Rusiya və Avropa ölkələrindən gələn yüzlərlə turist, eləcə də yerli qonaqlar üçün Rusiyanın tanınmış rok ifaçısı Diana Arbeninanın iştirakı ilə “Gecə Snayperləri” qrupunun konserti olub. Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdə müğənni yaradıcılığının müxtəlif dövrlərinə aid mahnıları tamaşaçılara təqdim edib. Qeyd edək ki, yanvarın 5-dən 10-dək davam edən Festivalın musiqili qonaqları arasında Vaxtanq Kikabidze, Vladimir Zelenski, Nataliya Moqilevskaya, Diana Arbenina, Nutse Buzaladze, “Kvartal 95” yumor qrupu, “Mqzavrebi” və “Gecə Snayperləri” musiqi qrupları olub. Bundan əlavə, festival müddətində əcnəbi turistlər üçün idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər keçirilib. Turistlər Qəbələnin tarixi məkanları, görməli yerləri ilə tanış olmaq imkanı da əldə ediblər.