İsmayıllıda ağacəkmə kampaniyası keçirilib...

07 Dekabr 2017 17:21

Kampaniya İDEA ictimai birliyinin həyata keçirdiyi “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində RİH-nin və YAP-nın təşkilatçılığı ilə baş tutub. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. Yerli təşkilatların nümayəndələri və gənclər təşəbbüsə qoşularaq aksiyada həvəslə iştirak ediblər. Ərazidə təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün xüsusi təyin olunan 5 hektar sahədə 3000 ədəd fındıq kolları əkilib. Umumilikdə isə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 20 minə yaxın yeni ting əkilib. Xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidilib və suvarılıb. Cavan tinglərin qorunması üçün sahənin sərhədlərinə çəpər çəkilib, mal-qaranın əraziyə girişi məhdudlaşdırılıb. Sutkalıq növbətçilik təşkil olunub. Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən aksiya gələcəkdə də davam etdiriləcək