Yol polisi gücləndirilmiş iş rejiminə keçdi...

07 Dekabr 2017 16:48

 Şəki sakinləri səhəri qarla açdı. Bəyaz qarın küçələrdə gediş-gəlişi çətinləşdirməməsi üçün yol polisi iş başındadır. Hazırda yollarda vəziyyət necədir və axşam saatlarında bizi nə gözləyir?
Şəki polisi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətin sıx olduğu ərazilərdə, xüsusilə məktəblərin qarşısında xidmət artırılıb. Polis əməkdaşları yol keçən şagirdlərə kömək ediblər. Hava şəraitinin dəyişməsi yollarda avtomobillərin hərəkət intensivliyində hələlik problem yaratmayıb. Ancaq gecə saatlarında havanın şaxtalı olma ehtimalını nəzərə alaraq yol polisi xəbərdarlıq edir. Bu cür hava şəraiti sabah günorta saatlarınadək davam edəcək.