“Respublika Gənclər Debat Forumu Payız-2017”-yə yekun vuruldu...

06 Dekabr 2017 16:59

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Respublika Gənclər Debat Forumu Payız-2017” layihəsinə yekun vurulub. Layihənin bağlanış mərasimi “Azərbaycanın Gənclər Paytaxtı” Balakəndə olub. Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlər “Gənc sahibkarların inkişafında dövlət dəstəyinin rolu” mövzusuna həsr olunub. Layihənin tərəfdaşları ölkədə sahibkarlığın inkişafına töhfə verən “Youth İnc.” Sahibkarlıq Proqramı və debat metodologiyasının istifadə olunduğu “IDEA” təşkilatıdır. Ümumilikdə 1000-dən artıq gəncin qatıldığı bu proqramda birgə fikir mübadiləsi aparılıb, gənclər biliklərini daha da təkmilləşdirməyə nail olublar. Final mərhələsində Bakının “Propaqanda” və Gəncənin “Pobeda” komandaları qarşılaşıblar. “Propaqanda” komandası forumun qalibi adını qazanıb. Sonda finalçı komanda, ən yaxşı 10 natiq və ən yaxşı hakimlər mükafatlandırılıb.