Otun qiyməti bahalaşıb...

06 Dekabr 2017 16:49
Şəkidə qışlıq yem tədarükü iki ay öncə başa çatıb. Ancaq fermerlər tədarük olunan yemin təlabatı ödəməyəcəyini iddia edir. Qış aylarında mal-qaranın qarnını doyuracaq yemin kasad olması və digər səbəblər qiymətin də qalxmasına zəmin yaradıb. Fermərlər çıxış yolu axtarır.
Yay aylarının quraq keçməsi ot tədarükündə problemlər yaradıb. Öz sahələrindən ot tədarük edən əksər təsərrüfatçılar qışlıq yemin qurtarmaq üzrə olmasından narahatdır. Bu da azmış kimi otun qiymətinin baha olması fermerlərin işini daha da çətinləşdirib. Ötən il otun bir bağlaması 3 manata idisə, hazırda bir bağlamanın qiyməti 5 manatdan da yuxarıdır. Şəkidə qış üçün 126 min qaba yem, 73 min ton quru ot və 90 min ton qüvvəli yem tədarükü görülüb. Bu rəqəm ötən illə müqaisədə xeyli aşağıdır. Belə ki, tədarük edilən yem rayondakı mal-qaranın ancaq 85%-ni təmin edə bilər. Ancaq təsərrüfatçılar indidən yem almağa başladıqları üçün qışda qiymətlərin artacağı gözlənilir.