Şəkidə Abad keramika mərkəzi açılacaq...

14 Noyabr 2017 16:17
YUNESKO-nun yaradıcı şəhərlər şəbəkəsinə daxil olan Şəkidə sənətkarlığın yeni bir qolu fəaliyyətə başlayacaq. Tezliklə istifadəyə veriləcək Keramika mərkəzi sənətkarlara öz məhsullarını rahat satmaq imkanı yaradacaq.
Keramika mərkəzi ASAN xidmətin tərkibində fəaliyyət göstərən “Abad yaradıcılıq mərkəzi” tərəfindən yaradılır. Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğunda fəaliyyət göstərəcək keramika mərkəzinin binasında artıq işlərin yarısından çoxu yekunlaşıb. Restavrasiya zamanı qoruğun memarlıq üslubunun qorunub saxlanılmasına önəm verilir. Mərkəz hazır olduqdan sonra burada şəkili sənətkarlar öz əl işlərini nümayiş etdirə biləcəklər. Mərkəzin ilin sonuna kimi hazır olması gözlənilir.