Şamaxıda cinayətin üstü açıldı...

14 Noyabr 2017 14:30

Şamaxıda gecə hərəkətli keçib. Su quyusundan üzərində zorakılıq əlmatələri olan qadın meyiti tapılıb. Çox keçmədən müəmmalı qətlin təfərrüatları da məlum olub.. Hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 57 yaşlı Bağırova Badam Abduləli qızı naməlum şəxs tərəfindən öldürülərək meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qadının meyitinin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb. Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini quyudan çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər. Qətli törətməkdə şübhəli bilinən mərhumun ögey oğlu Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, mərhum Badam Bağırova bir neçə il öncə dünyasını dəyişən həyat yoldaşının ikinci arvadı olub. Onun ərinin birinci arvadı və oğlu həmin evdə yaşayır. Rəhim Bağırov daha əvvəl 8 il məhkumluq həyatı yaşayıb və bu yaxınlarda həbsxanadan çıxıb. Faktla bağlı araşdırmalar davam etdirilir.