Kiçik xəttin silinməsi sürücülərə baha başa gələcək...

13 Noyabr 2017 19:53
Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında standartlar qorunmalıdır - Baş Dövlət Yol Polisi idarəsinin bir ay öncə yaydığı xəbərdarlığa bəzi sürücülər məhəl qoymurlar. Nömrələrin daha gözəl göründüyünü düşünərək, onun üzərinə həkk olunmuş defis simvollarını silirlər və bu, qayda pozuntusudur. Məsələ hələ də aktualdır. Əməkdaşlarımızın hazırladığı reportaj bunu deməyə əsas verir. Xəbardarlığın sonuncu gün olmasına baxmayaraq çəkiliş apardığımız zaman bu gün eyni faktlarla qarşılaşdıq. Sürücülər isə bu qayda pozuntusunu müxtəlif bəhanələrlə əlaqələndirdilər. Bundan əlavə, nömrənin kənarında nazik qara xətt olmayan nəqliyyat vasitələri də eyni qaydada cərimələnəcək.