Növbəti qəza, növbəti can...

20 Oktyabr 2017 16:29

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gecə saatlarında Şamaxı rayonunun Miri kəndində İsmayıllı rayon sakini Fariz Namazov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.