Balakəndə üç qardaş və bir həmkəndlisi narkotikə görə tutuldu...

12 Oktyabr 2017 12:50

Balakən Polisi növbəti əməliyyat-axtarış tədbiri keçirib. Rayonda narkotik tərkibli bitkiləri əkib-becərən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, üçü qardaş olmaqla 4 nəfər həmkəndli həbs edilib. Balakən PŞ-ə daxil olmuş məlumat əsasında rayonun Gərəkli kənd sakinləri olan Məhəmməd Nəsruddin oğlu Abdullayevin, Məhəmmədin qardaşları Mühüddin və Eçinin və kənd sakini Oqtay İsa oğlu Dibirovun yaşadığı evlərdə əməliyyat-axtarış tədbirləri aparılıb. Onların yaşadığı evlərin çardaq və digər yerlərindən ümumi çəkisi 1 kq 115 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilib. Aparılan ilkin istintaq zamanı məlum olub ki, saxlanılan şəxslər Gərəkli kəndinin yaxınlığında, yüksək dağlıq ərazidə kultivasiya üsulu ilə 45 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə bitkisi əkib və evlərindən aşkarlanan narkotik vasitə hesab edilən marixuananı da həmin bitkilərdən əldə ediblər. Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.