Şəkidə 48 yaşlı kişini maşın vurub öldürdü...

11 Oktyabr 2017 17:11

Oktyabrın 10-u axşam saat 19 radələrində Şəki rayonu Baş Zəyzid kəndində piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. Şəkinin Baş Zəyzid kənd sakini Maarif Əhmədov Vaz 21 06 markalı avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi 48 yaşlı Kamal Camal oğlu Qudalasovu vurub. Hadisə yerinə dərhal Şəki şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının əməkdaşları çağırılıb və yaralı dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı Kamal Qudalasovun öldüyü məlum olub. Hadisə ilə bağlı Şəki polisi tərəfindən araşdırma aparılır.