M.Ə.Sabirin sökülən ev muzeyinin aqibəti necə olacaq?!

11 Oktyabr 2017 16:00
Dahi şair M.Ə.Sabirin ev muzeyinin sökülməsilə ilə bağlı yayılan xəbərlər həm sosial mediya, həm də kütləvi informasiya vasitələrində geniş müzakirə olundu. Eyni zamanda bir sıra sualların meydana gəlməsinə səbəb oldu. Məsələni, Arb Şəki olaraq araşdırmışıq. Dahi şairin evinin əsl üslubu qorunub saxlanacaq və muzey kimi fəaliyyəti bərpa olunacaqmı? Muzeyin aqibəti necə olacaq?
Muzeyin sökülməsinə səbəb binanın yararsız vəziyyətdə olmasıdır. Sökülmə qərarını Mirzə Ələkbər Sabirin nəvələri Elçin və Gündüz Tahirli verib. Mədəniyyət və Turizim Nazirliyindən də bildirildi ki, şairin evinin sökülməsindən xəbərdardırlar və bu prosess onsuz da onların xəbəri olmadan gerçəkləşə bilməz. Səbəbinə gəlincə… M.Ə.Sabirin yaşadığı ev illər öncə sökülüb. Yerində tikilən bina orijinal evdən xeyli fərqlənirdi. Hazırda tikiləcək yeni bina isə orijinal formasında və şərq memarlıq üslubunda olacaq. Bunun üçün artıq layihə də hazırlanıb. Yeni tikiləcək ev muzeyində dahi şairin əşyaları, əsərləri sərgilənəcək. Hazırda muzeydə olan bütün əşyalar Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. İki mərtəbəli binada əvvəlkindən fərqli olaraq konfrans zalı və fond otaqları da yerləşəcək. Muzeyin gələn ilə təhvil verilməsi planlaşdırılır.